AZ

“Bunu etsəniz, itirdikləriniz qazancınızdan çox olacaq” - Putindən Türkiyəyə ÇAĞIRIŞ

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirdiyi görüşdə Rusiya ilə Türkiyə arasında iqtisadi əlaqələrə də toxunub.

Gundem.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya dövlət başçısı Qərblə iqtisadi yaxınlaşma mərhələsində olan Türkiyənin ehtiyatlı olmasını istəyib.

“Mənə elə gəlir ki, Türkiyə hökumətinin iqtisadi bloku son vaxtlar Qərb maliyyə institutlarından kreditləri artırmağa, sərmayə qoyuluşunu artırmağa, yaxud qrant almağa çalışır”.

Putin hesab edir ki, bu, pis hal deyil, ancaq müəyyən riskləri var:

“Əgər Qərblə bu cür əməkdaşlıq Rusiya ilə ticarət-iqtisadi əlaqələrin məhdudlaşdırılması ilə nəticələnəcəksə, o zaman Türkiyə iqtisadiyyatının itirdikləri qazandığından çox olacaq. Məncə, belə bir təhlükə var”. (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
gundem.az

2Mənbələr