AZ

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasında iştirak edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Oxu24.com xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin telefon danışığı zamanı MDB Müdafiə Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın müdafiə naziri iyulun 3-də Minskdə keçirilməsi planlaşdırılan iclasda iştirakını təsdiqləyib.

Seçilən
107
39
oxu24.com

10Mənbələr