AZ

bp Səngəçal terminalında dekarbonizasiya işləri aparır

bp

bp şirkəti Səngəçal terminalında dekarbonizasiya işləri aparır və bu, Cəbrayıl rayonunda "Şəfəq" günəş elektrik stansiyasının inşası layihəsi ilə əlaqəlidir.

Trend xəbər verir ki, bu barədə bu gün bp şirkətinin Qaz və az karbonlu enerjinin inkişafi üzrə vitse-prezidenti Katerina Papaleksandri 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.

"Şahdəniz" qaz yatağının işlənməsinə toxunan vitse-prezident qeyd edib ki, hazırda yataqda gündəlik 79,5 milyon kubmetr təbii qaz hasil olunur və bu, Azərbaycanı, eləcə də regionu və Avropanı "mavi" yanacaqla təmin edir.

"Biz "Şahdəniz" obyektlərini karbonsuzlaşdırmağı planlaşdırırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Səngəçal terminalı vasitəsilə təqribən 55 milyon barrel neft və kondensat ixrac olunub və bütün həcm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunub.

Ötən ilin birinci rübündə isə terminal vasitəsilə təqribən 56 milyon barrel neft və kondensat ixrac edilib.

Belə ki, Səngəçal vasitəsilə neft ixracı illik hesablamada 1,8 faiz azalıb.

Seçilən
105
50
xalqcebhesi.az

10Mənbələr