AZ

Ərdoğan "Qalatasaray"ın heyətini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə ölkə Super Liqasının 2023-2024 mövsümünü çempion olaraq başa vuran "Qalatasaray" İdman Klubunun idarəçiləri, texniki heyəti və idmançılarını qəbul edib.
Prezident iqamətgahənda baş tutan görüşdə "Qalatasaray"ın prezidenti Dursun Özbek, vitse-prezident Metin Öztürk, məşqçi Okan Buruk və gənc idmançılar iştirak ediblər.
Dursun Özbek prezident Ərdoğana 53 nömrəli "Qalatasaray" formasını hədiyyə edib.
Ərdoğan və "Qalatasaray" heyəti komandanın bu mövsüm qazandığı kuboklarla foto çəkdiriblər.
Mənbə: Haber Global
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
46
oxu.az

10Mənbələr