AZ

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda icra olunan yaşıl enerji layihələrinin icrası necə gedir? – AÇIQLAMAVİDEO

"Ötən gün təməli qoyulan Biləsuvar, Neftçala günəş elektrik stansiyaları və Abşeron-Qaradağ külək elektrik stansiyası istismara verildikdən sonra Azərbaycan ildə təqribən yarım milyard kub metr qaza qənaət edəcək".

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

Onun sözlərinə görə, bu stansiyaların tikintisi 2026-cı ildə yekunlaşacaq.

Agentliyin direktoru ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensialı olduğunu və bu tip stansiyaların yaradılmasının bundan sonra da gündəmdə olacağını bildirib.

Agentliyin direktoru Naxçıvanda günəş və külək enerjisi layihələrinin icrasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
xezerxeber.az

1Mənbələr