AZ

29-cu Bakı Enerji Forumunun birinci günü başa çatdı - FOTO/YENİLƏNİB

29-cu

29-cu Bakı Enerji Forumunun birinci günü başa çatıb.

Trend xəbər verir ki, forum öz işini sabah davam etdirəcək.

xxx

10:16

29-cu Bakı Enerji Forumu keçirilir.

Trend xəbər verir ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri - 29-cu Bakı Enerji Forumu keçirilir.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.

Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

İki gün davam edəcək tədbirdə "Enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi üçün beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat", "Dayanıqlı enerjinin inkişafı: Xəzər regionunda "yaşıl" enerji potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşma", "Qaz dialoqu: enerji böhranı şəraitində qaz təchizatının rolu", "Neft axınları: Azərbaycanda kross-logistika və infrastrukturun inkişafı" və "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə olunacaq. Bundan başqa, qarşıdan gələn COP29 konfransını nəzərə alaraq, Bakı Enerji Forumunun proqramına "Yaşıl gündəliyin gücləndirilməsi: "yaşıl" planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" mövzusunda xüsusi sessiya da daxil edilib.

Energetika naziri Pərviz Şahbazov forumda çıxışı zamanı deyib ki, Azərbaycan qazıntı və "yaşıl" yanacaq arasında sinerjini uğurla həyata keçirir.

"Artıq 2026-cı ildən başlayaraq Avropa İttifaqına qaz tədarükü ildə 1,2 milyard kubmetr artacaq və bu artım getdikcə davam edə bilər. Türkiyə ərazisindən qaz tranzitinə dair imzalanmış sazişlər Azərbaycan qazının Aİ-yə tədarükünün artmasına imkan yaradacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan qazının ümumi ixracı 24,3 milyard kubmetr olacaq ki, bunun yarıdan çoxu Aİ-nin payına düşəcək (2023-cü ildə Aİ üçün həcm 11,8 milyard kubmetr olub).

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qeyd edib ki, qaz mənbələrini şaxələndirmək üçün infrastruktur, o cümlədən çatdırılma marşrutları inkişaf etdirilməlidir.

"Enerji və qaz mənbələrini şaxələndirmək üçün infrastrukturu, o cümlədən çatdırılma marşrutlarını inkişaf etdirməliyik. Bizə Avropada diversifikasiya məsələsində mühüm təzyiq göstərilir. Problem ondadır ki, bizdə bu anlayışın fərqli tərifləri var. Bizim diversifikasiya anlayışımız bir mənbənin digəri ilə əvəz olunmasından deyil, mənbələrin sayının artırılmasından ibarətdir. Həqiqi diversifikasiya üçün daha çox mənbələrə ehtiyac var. Məhz bu səbəbdən Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz satın ala bilmək üçün Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünün artırılması xahişi ilə Aİ-yə müraciət etmişik", - o deyib.

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel isə bildirib ki, СОР29-un uğuru labüddür.

"Azərbaycan Respublikasını COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, dünən görüşməkdən məmnun olduğum COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin məharətli rəhbərliyi altında COP29-a hazırlıq ən yüksək səviyyədə aparılır. СОР29-un uğuru artıq labüddür. COP29 yeni texnologiyalara qapı açacaq və Azərbaycana bu məsələdə uğurlar arzulayıram. İqlim konfransının uğurla keçirilməsi üçün ən xoş arzularımı çatdırıram", - o deyib.

Daha sonra Avropanın enerji təhlükəsizliyindən danışan Avropa Komissiyasının Enerji Siyasəti Strategiyası və Koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero qeyd edib ki, Avropa İttifaqında yeni qaz mənbələrinin şaxələndirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün daxili infrastrukturun uyğunlaşdırılması zəruridir.

"Ehtiyat edirdim ki, Aİ-nin üzərinə götürdüyü siyasi öhdəliklər 2027-ci ilə qədər Rusiya qazının tədarükünü tamamilə dayandıra bilməyəcək. İcazənizlə bəzi rəqəmləri təqdim edim. Ənənəvi olaraq, biz Aİ-də istehlak olunan qazın 90%-ni idxal edirik ki, bunun da 45%-i Rusiya qazının payına düşüb. Bu gün bu faiz 15%-dək azaldılıb, yəni Rusiya qazı hələ də sistemdə mövcuddur. Bunun üzərində işləməyə davam edirik. Aydındır ki, Aİ-nin iki mühüm aspekti var. Birincisi, 80 faiz elektrikləşdirməni təmin etməyi planlaşdırdığımız 2050-ci ilədək dekarbonizasiyaya nail olmağa tam sadiqik. İkincisi, təbii qazı digərmənbələrlə əvəz etməliyik.

Xüsusən ABŞ-dən, eləcə də Azərbaycan və Əlcəzair kimi digər mənbələrdən boru kəmərləri vasitəsilə maye təbii qaz tədarükünü artırmışıq. Beləliklə, tədarükərin şaxələndirilməsi üçün akti şəkildə çalışırıq", - o deyib.

Bundan başqa, Sloveniyanın Ekologiya, İqlim və Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen əlavə edib ki, Sloveniya günəş enerjisi, hidroenerji, "ağıllı" texnologiyalar və digər aparıcı istiqamətlər üzrə öz təcrübəsini Azərbaycana təklif edə bilər.

"Biz yeni tərəfdaşlar tapmalıyıq. Həmçinin ölkənin gələcəyi üçün vacib olan enerji daşıyıcılarının tədarükü məsələsi üzərində fəaliyyəti səbirsizliklə gözləyirəm. Fikrimcə, Azərbaycan və Türkiyə qaz tədarükü çərçivəsindən kənara çıxan yeni tərəfdaşlıqları inkişaf etdirmək və yaratmaq üçün böyük potensiala malikdir. Biz sizə, eləcə də bütün regiona günəş enerjisi, hidroenerji, "ağıllı" texnologiyalar və digər aparıcı istiqamətlər üzrə öz bilik və təcrübəmizi təklif edə bilərik. Təklif edə biləcəyimiz budur", - o deyib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı şöbəsinin rəhbəri Kristof Makqleyd deyib ki, yeni enerji mənbələrinə uğurlu enerji keçid üçün birgə fəaliyyət lazımdır.

"Bütün dünyada istehsalçıların qığılcım tutan yığıcılar, hidrogen, bioenerji, enerji yığıcıları, bərpa olunan enerji mənbələri və bir çox digər qabaqcıl enerji texnologiyalarından istifadə etdiyini görürük. 1,5 dərəcə iqlim hədəfinə nail olmaq üçün nəyin lazım olduğuna baxdığımızda görürük ki, 2030-cu ilə qədər emissiyaları lazımi səviyyədə saxlamaq üçün bütün əlçatan texnologiyalarımız var. Bu kontekstdə şirkətlər arasında qarşılıqlı əlaqələr vacibdir. Beynəlxalq Enerji Agentliyi (IEA) məhz bunun müzakirəsini təklif edir", - o deyib.

Onun sözlərinə görə, texnologiya və təchizat zəncirləri beynəlxalq xarakter daşıyır və potensial fasilələrin qarşısını almaq üçün qarşılıqlı fəaliyyət zəruridir.

"Bir çox yeni texnologiyaların tətbiqi yalnız ümumi qəbul edilmiş standartlar və razılaşdırılmış yanaşmalar olduqda mümkündür. Məhz bu səbəbdən ölkələrin birlikdə daha sıx fəaliiyyəti zəruridir. Yeni enerji mənbələrinə keçid etməyimizin zəruri olma səbəbləri tamamilə aydındır. Birgə işləməsək keçid çox qeyri-sabit və qeyri-müntəzəm olacaq. Tərəflər əl-ələ verərək birgə fəaliyyət göstərməlidir", - deyə o əlavə edib.

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

29-cu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
xalqcebhesi.az

2Mənbələr