Yasamalda piyadanın ölümü ilə nəticələnən qəza baş verib
Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb. İlkin məlumata görə, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd edən 55-60 yaşlı xanımı moped vurub.
Nəticədə bir nəfər hadisə yerindəcə həyatını itirib.