AZ

Məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə konsert proqramı keçirilib - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə konsert proqramı keçirilib. SİA xəbər verir ki, konsert proqramında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyinin şöbə müdirləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın direktor müavinləri Mehriban Vəliyeva və Orxan Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəb direktorları, müəllimlər, uşaqlar, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Öncə qonaqlar uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konsert proqramında balaca fidanlar “Vətənpərvərlik”, “Uşaqlar və təbiət”, “Sülhün uşaqları”, “Uşaqların arzuları”, “Azərbaycan, yurdum, yuvam məskənimsən!” mövzularında şeirlər söyləyib, maraqlı kompozisiyalar, rəqs və mahnılar nümayiş etdiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
sia.az

2Mənbələr