AZ

EnergetikaKamran Hüseynov: “İcra olunan layihələr bizi bərpa olunan enerji hədəfinə daha da yaxınlaşdırır”

Azərbaycanda icra olunan layihələr ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün payının ən azı 30 %-ə çatdırılması hədəfinə daha da yaxınlaşdırır.

“Far.Az” xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Bakı Enerji Forumunun “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” plenar müzakirəsində “Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı: Strateji inkişaf və gələcək perspektivlər” mövzusunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, 2027-ci ilə qədər Azərbaycanda 2 000 MVt gücündə icra olunan, o cümlədən ötən gün təməli qoyulan 1 000 MVt gücündə "yaşıl enerji" layihələri bərpa olunan enerji üzrə qoyuluş gücünün payının ən azı 30 %-ə çatdırılması hədəfinə daha da yaxınlaşdırır.

İlk bərpa olunan enerji hərracı barədə məlumat verən K. Hüseynov bildirib ki, 100 MVt gücündə günəş enerjisi layihəsi üzrə elan edilən hərrac "yaşıl enerji"dən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə uyğun olaraq özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır.

Bundan əlavə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlığa dair Saziş çərçivəsində “Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi"nin yaradılmasından danışılıb, ötən ay Rumıniyanın paytaxtı Buxarest şəhərində birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
far.az

2Mənbələr