AZ

Həbsdə olan din xadimi açıq məktub yayaraq hökumət mediasına etiraz edib

İran hökumətinin 4 aya yaxındır ki, Evin zindanında saxladığı güneyli milli fəal və məşhur din xadimi Əbdüləziz Əzimi Qədim açıq məktub yayaraq farsdilli hökumət mediasına etiraz edib.

Xəzərnews.az xəbər verir ki, məktubda o, güneyli fəallarla bağlı paylaşılan xəbərlərə farsdilli medianın qarşı çıxdığını bildirib.

Qeyd edək ki, milli fəallardan Əbdüləziz Əzimi Qədim, Bağır Hacızadə, Araz Aman, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə və Murtaza Pərvinin həbsindən 4 aya yaxın vaxt keçir.

Onlar fevralın 5-i və 6-da hökumət tərəfindən həbs olunduqdan sonra məhkəmə rəsmilərinin maneələri üzündən vəkillə görüşməkdən və girov qarşılığında azadlığa buraxılmaqdan məhrum ediliblər. // Azad İran

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
xezernews.az

1Mənbələr