AZ

Kristina Lobillo Borrero: Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

Azərbaycan Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfdaşdır və bu məsələdə xüsusi olaraq bir nümunədir.

“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyası Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero bu gün keçirilən Bakı Enerji Forumunun I günündə çıxışı zamanı bildirib.

K. Borrero qeyd edib ki, 2027-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağı hədəfləyir: "Bu hədəf üzərində Azərbaycanla yaxından əməkdaşlıq edirik".

O, Azərbaycanla enerji keçidi məsələsində də yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, hazırda Avropada çox ciddi enerji böhranı yaranıb: "Bu böhran xüsusilə Rusiyan Ukraynanın işğalından sonra özünü birüzə verib. Bu, özünü qazın qiymət məsələsində aşkar göstərib. Böhranla mübarizə aparmaq üçün Avropa Komissiyası 6 sanksiya paketi hazırlayıb. Avropa çalışır ki,nın Rusiya qazından və bu ölkədən asıllığı azaltsın".

K. Borrero O qeyd edib ki, Avropa hər zaman alternativ qaz mənbələri axtarır və daim Rusiya qazını əvəz edəcək qaz təminatçısı axtarmaqdadır: "Azərbaycan bu məsələdə Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfadşdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
ikisahil.az

2Mənbələr