1 nəfər tüstüdən zəhərlənib
Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 120 m² sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta