Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının 1-ci qrupunda Türkiyə kollektivini qəbul edib.
Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.
Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib. Komandamız mayın 31-də “ay-ulduzlar”a 0:1 hesabı ilə məğlub olmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta