AZ

Kamran Əliyev: Ədalətin bərpasında rəqəmsallaşma mühüm vasitədir

Türk Dövlətləri Təşkilatını bir sıra faktorlar birləşdirir. Bu təşkilatın böyük gələcəyi vardır. Bu təşkilat çərçivəsində bir sıra sahələr üzrə intensiv işlər gedir və bu çərçivədə hüquq sahəsi də istisna deyil.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
K.Əliyev bildirib ki, Türk dövlətləri təşkilatlarının hüquq sistemində müəyyən fərqliliklər və oxşarlıqlar var. Çox vacibdir ki, biz bir-birimizin təcrübəsini öyrənirik.
O qeyd edib ki, rəqəmsallaşma və inteqrasiya çox vacib məsələdir: “Azərbaycanda elektron məhkəmə sistemi var və uğurla fəaliyyət göstərir. Rəqəmsallaşmanı da insan amili inkişaf etdirir. Ədalətin bərpa olunmasında da rəqəmsallaşma mühüm vasitədir. Biz bu sahəni dərindən öyrənib mənimsəməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
turk.az

2Mənbələr