AZ

“Toplum TV işi": Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti geri götürülüb

Toplum TV-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti müdafiə tərəfi geri götürüb, vəkili BBC-yə deyib.

Onun vəkili Aqil Layıcın sözlərinə görə, çərşənbə günü Bakının Xətai rayon Məhkəməsində istintaq orqanı Məmmədlinin müalicə müəssisəsinə köçürülməsi və ya müalicə olunmasına kömək edəcəyi ilə bağlı "şifahi söz verib".

Ələsgər Məmmədli martın 6-da saxlanılıb və qaçaqmalçılıqda ittiham edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məmmədlidən başqa, Toplum TV-nin bir neçə əməkdaşı da eyni itihamla həbs edilib.

Vəkil Aqil Layıc BBC Azərbaycancaya bildirib ki, istintaq "şifahi söz verdiyi üçün müdafiə tərəfi vəsatəti geri götürüb".

BBC istintaqı aparan Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlaya bilməyib.

Yaxınları BBC-yə bildirib ki, bu günki vəsatət Ələsgər Məmmədlinin müalicəsinin təşkili və ev dustaqlığına buraxılması ilə bağlıydı.

Aqil Layıc bu gün BBC-yə deyib ki, hazırda "əsas məqsəd" cənab Məmmədliyə tibbi xidmətin göstərilməsinin təmin edilməsidir.

Vəkilin sözlərinə görə, əgər Ələsgər Məmmədli tibbi xidmətlə təmin olunmasa, Xətai rayon Məhkəməsinə "yenidən" vəsatət verəcəklər.

Martın 12-də bəzi tanınmış media ekspertləri və jurnalistlər Daxili İşlər Nazirliyinin rəhbəri Vilayət Eyvazova müraciət edərək Ələsgər Məmmədlinin səhhətinə görə azad edilməsini, onunla bağlı istintaq hərəkətlərinin onun azadlıqda qalması şəraitində həyata keçirilməsini xahiş ediblər.

Toplum TV-nin hansı əməkdaşları saxlanıb?TOPLUM

Şəklin mənbəyi, R. İZZƏTLİ / Ə. MƏMMƏDLİ / FACEBOOK

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
38
bbc.com

10Mənbələr