Milli Məclisin növbədənkənar sessiyasının iyunun 7-də keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.
"AzNews.az"ın xəbərinə görə, toplantının gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.
İclasda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş).
5. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
6. “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).