AZ

“Bu basqılarda məqsəd qardaş ölkəyə zərbə vurmaqdır”

“Bu

“SOCAR-ın Türkiyədəki ofislərinə qarşı təxribatçı hərəkətlər, guya Fələstinə dəstək adı altında təşkil edilən bu basqılarda məqsəd məncə, SOCAR-ın İsrailə neft satmasının qarşısını almaq yox, Azərbaycan-Türkiyə əlaqələrini korlamaq və ondan da çox qardaş ölkəyə zərbə vurmaqdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev qeyd edib. O, bidirib ki, 1968-80-ci illərdəki sağ-sol qarşıdurmasını, terrorları orada indi də etnik və dini zəmində canlandırmağa cəhd edənlərin olduğu kimsəyə sirr deyil: “O da sirr deyil ki, bu baxımdan ən böyük təhdid mənbələri başında məhz ayrı-ayrı dövlətlərin bəlli strukturlarına bağlı “din adamları”nın durduğu örgütlərdir. Belə örgütlərdən birinin 2016-cı il 15 iyulunda Türkiyə Böyük Millət Məclisinə havadan zərbə endirmək qarışıq hansı rəzilliyə əl atdığı gərək ki, unudulmayıb. Düzdür, FETÖ-yə belə bir tapşırıq SOCAR-ın Türkiyədəki ofislərinə basqın təşkil edənlərdən gəlməmişdi. Ancaq qərbdəki bəlli çevrələrlə onları “şeytan” adlandıranların Güney Qafqazdakı proseslərə, türk birliyinə necə müttəfiqcəsinə yanaşdıqlarını biz Farnsayla İranın Ermənistandakı səfirlərinin sıx, qardaşcasına ünsiyyətlərindən də görürük. Elə sözü gedən Fransanın həm də jurnalistinin SOCAR-ın İstanbuldakı ofisinə qarşı növbəti təxribatçı hərəkət baş verərkən orada peyda olması da müəyyən suallar yaradır. O suallardan biri də budur ki, ikinci Qarabağ savaşı zamanı başında duranı hər gün zəhlə tökərək əməliyyatları dayandırmağımızı istəyən ölkə ilə, Zəngilanda ordumuzun qabağını kəsərək qələbəmizə maneçilik törətmək cəhdində bulunanlar, bunu bacarmayanda hansısa “qırmızı xət”dən dəm vuranlar yenə də sinxron hərəkət etmirlər ki?

Digəri isə belədir: "SOCAR-ın ofislərinə basqının təşkili guya onun İsrailə neft satmasına etiraz adı altında edilsə də, Azərbaycanın bu şirkətinin hədəfə alınması Türkiyə iqtisadiyyatına verdiyi böyük töhfə, 18 milyard dollarlıq yatırımla bağlı deyil ki?". Qardaş dövləti gözü götürməyənlərin son bir neçə ildə onun iqtisadiyyat və maiyyə sistemini çökdürmək üçün hansı oyunlardan çıxdıqları çoxumuza bəllidir. Paradoksal təsir bağışlasa da, mümkündür ki, həmən çevrələrin iqtisadiyyatını çökdürdükləri İran da onlara qoşulub, yaxud da qoşulmağa hazır olduğunu sərgiləyir. Türkiyənin çox güclü kəşfiyyat qurumu var və yəqin orada bunun belə olub-olmadığını bizdən daha yaxşı bilirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
xalqcebhesi.az

1Mənbələr