AZ

Nəsimidə “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirildi - Fotolar

Nəsimi rayonunda “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, rayon ərazisində yaşayan ailələr və s. iştirak edib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açaraq tədbir iştirakçılarını salamlayaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır: “Bu siyasətin davamı olaraq son illərdə ölkə Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olub. Bir çox dövlət proqramlarında zorakılıqla mübarizə məsələləri öz əksini tapıb ki, bu da ölkə başçısının bu problemə necə həssaslıqla yanaşdığını göstərir. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir”.

Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək, məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. 

Daha sonra ailədaxili şiddət ilə bağlı Nəsimi Rayon Bələdiyyəsinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə hazırlardığı qısametrajlı video rolik nümayiş etdirilib.

Tədbirin sonunda məişət zorakılığı ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 







Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
qafqazinfo.az

5Mənbələr