AZ

İdman nazirinin dostu Rafael Hacıbəylinin “prava”sı alınır: Qalmaqallı hakimin oğlu məhkəmə qarşısına çıxacaq

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının sədri Hacıbəyli Rafael Siyavuş oğlu barəsində inzibati protokol tərtib edilib...

İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə tərtib edilən protokola görə onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılacaq. İş Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır. Baxış iclası iyunun 14-də keçiriləcək.

Gənclər və İdman Nazirliyində yeni təyinat olub. Mediada yer alan məlumata əsasən cumhuriyyet.net bildirir ki, Gənclər və İdman naziri Fərid Qayıbov Rafael Hacıbəylini müşavir təyin edib. Rafael Hacıbəyli buna qədər Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru vəzifəsində çalışıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin oğludur. Bununla bağlı cumhuriyyet.net xatırladır ki, 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Ömərov Vaqif Zakir oğlu sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakı şəhəri Nizami rayonu, H..Əliyev prospekti 119 ünvanda yolu keçən piyada Axundov Ruhulla Rufiq oğlunu vurub. Qarşı tərəfdən gələn Quliyev Səftər Əziz oğlu isə idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili ilə yolda yıxılaraq arxası üstündə qalan piyada Ruhulla Axundovun üzərindən keçib. Səftərin maşını həmçinin “Khazar LX” markalı başqa avtomobili də vurub sürücüsünə yüngül xəsarət yetirib. Bundan başqa, zəncirvari qəza nəticəsində yolda olan “Rexton”, “Volksvagen Polo” və “Azsamand” markalı maşınlar da əzilmişlər.

Amma nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrlik etdiyi 15 noyabr 2022-ci il tarixli məhkəmə elə qərara gəlmişdir ki, piyadanın ölümünə ona sağ kənar güzgüsü ilə toxunan və yalnız yerə yıxılmasına səbəb olan birinci maşın səbəb olub, yıxıldığı yerdə üstündən keçən ikinci maşın deyil. Bununla da toqquşan avtomobillər arasında ən bahalısı olan “Porsche”nin (digərləri firma maşınlarıdır) sürücüsü Quliyev Səftər Əziz oğlunun “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar 5 noyabr 2021-ci il tarixdə elan edilmiş Amnistiyaya düşməsi təmin edilib. Maraqlıdır ki, toqquşan maşınların sahiblərinə də, zərərçəkmiş qismində tanınan ölmüş piyadanın bacısına da dəyən ziyanlar pul ifadəsi ilə təqsirkarlar tərəfindən ödənilmiş, bir-birlərinə qarşı şikayət və tələbləri olmamışdır. Bundan başqa, Ömərov Vaqif Zakir oğlunun hərəkətlərində isə cəzasını yüngülləşdirici hallar “tapılmış”, guya Ömərov Rusiyada aldığı sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək lazım olduğunu bilməmişdir. Həmçinin, ”müəyyən olunmuşdur ki”, Ruhulla Axundov həmin yerdə yeraltı piyada keçidi olsa da, yolu piyada keçidi olmayan yerdən keçmişdir. Bütün bunlar azmış kimi, məhkəmə-kimya tədqiqatı Ruhulla Axundovun qanında güclü dərəcəli alkoqol sərxoşluğuna uyğun gələn etil spirit “aşkar” edib.

Nə isə, yaxşı ki, hakim S.Hacıyev mərhum Ruhulla Axundovun yolda iki avtomobili vurub əzdiyi qənaətinə gəlməyib. Yeri gəlmişkən, sözügedən məhkəmə qərarı S.Hacıyevin mübahisə doğuran nə birinci, nə də axırıncı qərarıdır. Yeri gəlmişkən, cumhuriyyet.net olaraq bildirək ki, sözügedən məhkəmə qərarı S.Hacıyevin mübahisə doğuran nə birinci, nə də axırıncı qərarıdır.

Məsələn, hakim S.Hacıyevin Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri – Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənova, departamentin baş mühasibi İlqar Hacıyevə və əməkdaşlar Orxan Qasımova, Tural Hacızadəyə və Təbriz Əliyevə oxuduğu hökm (təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib, məhkəmə zalından azadlığa buraxılmışdılar) də həddən ziyadə “humanist” dəyərləndirilmişdi. Halbuki, onlar nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəmişdilər.

Üç ay əvvəl isə Bakı sakini Şahbala Binyətov oğlu Röyal Şahmuradovun əsassız yerə həbs olunduğunu iddia etdi. Vətəndaş məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqinə və məhkəməyə qarşı ittihamlar səsləndirmişdi: “Siyavuş Hacıyev heç bir sübut olmadan, zərərçəkənin ifadəsini dinləmədən, sadəcə prokurorluqdan çəkindiyi üçün ədalətsiz qərar verdi. Dedi ki, mən karyeram boyu bəraət verməmişəm, verə bilmərəm”.

Binyətov həmçinin qeyd etmişdi ki, Röyal Aprel döyüşlərinin iştirakçısı, digər oğlu isə Vətən Müharibəsi qazisidir. Yəqin, hakim S.Hacıyev elə düşünür ki, adam müharibədə düşmən öldürməyə qadirdisə, dinc dövrdə də qatil ola bilər. Zərərçəkənin (Röyalın dostunun) içkili halda özü-özünə xəsarət yetirdiyini deməsi də, şahidlərin bunu təsdiqləməsi də hakimin qaraladığı şəxsi onun bəd niyyətindən qoruya bilməz.

Belə qənaətə gəlmək olar ki, hakim S.Hacıyev sadə adamlarla işi yoxdur. O, yalnız Vətən qarşısında xidmətləri olanları və onların qohumlarını hədəfə alıb – ya azadlıqdan məhrum edir, ya da qanlarını batırır. Oğlu da belə….

Poliqon.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
poliqon.info

2Mənbələr