AZ

Bakıda zavodda zəhərlənən işçilərin vəziyyəti açıqlandı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən iki nəfər evə buraxılıb".

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən iki zərərçəkən şəxs ötən gün ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, ötən gün saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib. Beş nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
poliqon.info

2Mənbələr