AZ

Ukraynanın Dnepr şəhəri atəşə tutuldu: Yaralananlar var – FOTO/VİDEO  

Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepr şəhərini 2 raketlə atəşə tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının başçısı Serhiy Lısak teleqramda bildirib. 

O bildirib ki, nəticədə biri körpə olmaqla altı nəfər yaralanıb. 

“Dneprdə ağır səhər. Düşmən şəhərə hücum edib. Hava hücumundan müdafiə qüvvələri iki raketi zərərsizləşdirib. Lakin qalıqların düşməsi nəticəsində mülki infrastruktur zədələnib, yanğın başlayıb, yerli sakinlər yaralanıb. Onların arasında uşaqlar var. 1 aylıq oğlan qənaətbəxş vəziyyətdədir. Ambulator müalicə alacaq. 17 yaşlı gənc oğlan isə orta ağır vəziyyətdə xəstəxanadadır”, – o qeyd edib. 
 





Bizim.Media

Seçilən
107
29
bizim.media

10Mənbələr