AZ

“Unibank” İnsan Kapitalının İdarəedilməsi Departamentində təyinat olub

“Unibank” KB İnsan Kapitalının İdarəedilməsi Departamentində Funksional Menecer vəzifəsinə Eldar Xəlilov təyin olunub. O, bu təyinatadək “Daşkəsən Dəmir Filizi” MMC-də İnsan Resurslarının İdarəolunmasına rəhbərlik edib.

Eldar Xəlilov Qafqaz Universitetinin və Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində magistr təhsili alıb. Roma Biznes Məktəbi beynəlxalq idarəetmə proqramı çərçivəsində MBA təhsilini davam etdirməkdədir. Beynəlxalq dərəcəli layihələrin idarəedilməsi üzrə “PMP” sertifikatına sahibdir.

Eldar Xəlilov “Dəmirbank” ASC, “Paşabank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC  kimi banklarda istedadların cəlb olunması və insan resurslarının planlaması üzrə rəhbər vəzifələrdə çalışmışdır.

© Banker.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
2
hurriyyet.az

10Mənbələr