Azərbaycanla Rusiya arasında \"Samur” - \"Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı \"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən \"Samur” (Azərbaycan Respublikası) - \"Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.