AZ

Bakıda iki məktəb birləşdirilir? - RƏSMİ AÇIQLAMA

Paytaxtda iki təhsil müəssisəsinin birləşdirilməsi və  tədrisi digər dildə aparılan bölmənin ləğvi ilə bağlı bir qrup valideyn arasında yayılmış məlumatın əsassız olduğu üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.
 
Bildirilir ki, 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru N.Əsgərovaya həvalə edilib.
 
25 nömrəli tam orta məktəbdə dərs prosesi normal şəkildə davam edir, tədrisin təşkilində hər hansı dəyişiklik nəzərdə tutulmur.
 
Təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
Seçilən
121
23
moderator.az

10Mənbələr