AZ

Kremlin Pekinlə yaxınlaşması Hindistan hakimiyyətini narahat edir - ANALİTİKA

"Kiyev 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək beynəlxalq konfransa böyük əhəmiyyət verir. Kiyevin ümidi onadır ki, bu konfransda Rusiyanın işğalçı siyasəti qınanılacaq və qəbul edilən yekuna bəyanatda Ukraynaya dəstək artırılacaq. Bu proqnozlar özünü doğrultmaya da bilər. Konfransa dəvət olunan ölkələrin sayı çoxdur və bu dövlətlərin bir qismi Ukraynanın ərazi bütövlüyünü dəstəkləsələr də, Rusiya ilə açıq qarşıdurmada maraqlı deyillər".

Ednews xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiyaya tərəfdaş ölkələrdən də İsveçrədəki foruma qatılanlar olacaq. Misal üçün Hindistanın baş naziri Narendra Modi 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək Sülh Forumunda iştirak edəcəyini bildirib:

"Halbuki, Kreml çox çalışırdı ki, Dehli həmin forumda iştirak etməsin. Hindistanın baş naziri Narendra Modi bildirib ki, Hindistan qlobal sülhə, təhlükəsizliyə və inkişafa dair beynəlxalq aləmdəki vacib sammitlərdə iştirakını davam etdirəcək. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistanı konfransa dəvət etmək üçün şəxsən Dehliyə səfər etmişdi. Kiyev əhalisinin sayına görə dünyanın birinci ölkəsi olan Hindistanın tədbirə qatılmasına çalışdı və müsbət nəticə əldə etdi. Dehli Moskva ilə sıx əməkdaşlığa çalışsa da, Rusiyadan məsafə saxlamağı da bacarır. Bundan başqa Kremlin Pekinlə çox yaxınlaşması Çinlə sərhəd mübahisələri olan Hindistan hakimiyyətini narahat edir. 

Çin İsveçrədəki Sülh Forumunda iştirak etməyəcəyini rəsmən bəyan edib. Halbuki, Ukrayna Prezidenti Volodimir Zelenski Çin rəhbəri Si Cinpinin foruma qatılmasını çox istəyirdi və dəvətini bir neçə dəfə təkrarlamışdı. Olmadı. Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumunda çıxış edən Volodimir Zelenski Çin nümayəndə heyəti ilə görüşə bilmədiyini bildirib və Pekinin Ukrayna ilə bağlı sülh sammitində iştirak etməyəcəyindən məyus olduğunu deyib. Zelenskinin sözlərinə görə, Çin başqa ölkələrin də sülh sammitinə gəlməsinin qarşısını almağa çalışır. Misal üçün Səudiyyə Ərəbistanı son anda İsveçdəki foruma qatılmayacağını bəyan edib. Volodimir Zelenski Vaşinqton və Brüssel kimi hesab edir ki, Çinin Rusiyaya dəstəyi Ukraynadakı münaqişəni uzadacaq. Zelenski Sinqapurdakı konfransda ABŞ müdafiə naziri Lloyd Austinlə görüşüb. Tərəflər Ukraynanın müdafiə ehtiyaclarını müzakirə ediblər.

Sinqapurdakı konfransda itşrak edən Çinin müdafiə naziri admiral Dun Çzyun isə Asiya və Sakit Okeandakı durumdan danışıb. Admiral Tayvanı dəstəkləyənləri Pekinin xəbərdarlığını çatdırıb. O adanın müstəqilliyi üçün separatçıları cəsarətləndirən “xarici qüvvələrə” bildirib ki, bu siyasət bölgəni təhlükəli həddə çatdıra bilər. Çinli admiral Tayvanı Çindən ayırmağa cəsarət edən hər kəsin “özünü məhv edəcəyini” bildirib".

Oğuz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
269
ednews.net

1Mənbələr