AZ

COP29: Bakı on minlərlə qonağı necə qarşılayacaq?

Noyabrda Bakıda keçiriləcək COP29 tədbiri üçün ölkəyə on minlərlə qonaq gələcəyi güman edilir.

COP29 təşkilat komitəsi bu tədbir üçün təxminən 40.000 nəfər gözlədiyini deyir. Prezident İlham Əliyev isə ilin əvvəlində “təqribən 70-80 min xarici qonağın” iki həftə ərzində Azərbaycanda olacağını bildirib.

Ötən COP28 tədbirində rəsmi olaraq 70 min qonaq qeydiyyatdan keçmişdi.

Bəs Bakının bu qədər qonağı yerləşdirmək imkanı varmı?

Azərbaycanın indiyə kimi keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman ölkəyə 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi.

2022-ci ildə Bakı və Abşeronın otel və mehmanxanalarında 24 mindən çox çarpayı olduğu bildirilib. – ÇIXART çox olsa.

Keçən ilin iyun ayı ərzində 89 mindən çox xarici turist Bakı otellərinə yerləşib.

Azərbaycan elan edib ki, COP29 tədbiri 69,870 – yuvarlaqlaşdıraq: təxminən 70 min adam tutumlu Bakı Olimpia Stadionunda keçiriləcək. Tədbirlər zamanı stadionun ətraf əraziləri də istifadə olunacaq, zallar quraşdırılacaq.

Videonu YouTube kanalımızdan izləyin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
bbc.com

1Mənbələr