AZ

Beynəlxalq Valyuta Fondu Ukraynaya 2,2 milyard dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna hakimiyyəti ölkənin dördüncü iqtisadi icmalı çərçivəsində ilkin razılıq əldə edib.

Banco.az xəbər verir ki, bu barədə BVF-nin bəyanatında deyilir.

"Fondun icraçı direktorlar şurasının təsdiqindən sonra, Ukrayna təxminən 2,2 milyard dollar məbləğində vəsait əldə edə biləcək", - bəyanatda deyilir.

Qeyd olunub ki, 2023-cü ilin martında təsdiqlənmiş Genişləndirilmiş Kredit Mexanizmi (EFF) vasitəsilə Kiyevə 2,2 milyard dollar məbləğində yeni maliyyə yardımı tranşının göndərilməsi ilə bağlı yekun qərar tezliklə veriləcək.

Tərəflər dörd illik EFF mexanizminin auditinin nəticələrinə əsasən ilkin razılığa gələ biliblər.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
154
4
banco.az

10Mənbələr