AZ

Bayden Netanyahu iqtidarını çalxaladı - İki nazir Baş naziri çevrilişlə hədələdi 

Bir neçə gün əvvıl ABŞ prezidenti Co Baydenin İsrailin HƏMAS-a 3 mərhələli yeni atəşkəs planı tıqdim etməsi barədə bəyanatı Tel-Əvivdə aranı qarışdırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baydenin Qəzza zolağında nəzərdə tutulan mərhələli planın detallarını açıqlamasından sonra Netanyahunun gövrək iqtidarında çalxalanma sürətlənib.

Məlumata görə, Netanyahu iqtidarının ortaqlarından olan ifrat sağçı Milli Təhlükəsizlik naziri Itamar Ben-Qvir ilə maliyyə naziri Bezalel Smotriç onu çevriliş, yaxud iqtidarı tərk etməklə hədələyiblər.

Məsələn, Milli Təhlükəsizlik naziri Itamar Ben-Qvir bildirib ki, Baş nazir bu plana "hə" deyə bilməz: "Əgər "Netanyahu HƏMAS-ı yox etmədən Qəzza müharibəsini bitirməyə, yəni, atəçkəsə və geri çəkilməyə razılıq verərsə,  əmin olun, hökuməti devirəcəyik. HƏMAS tamamilə məhv edilmədən Qəzzada müharibə dayana, bitə bilməz".

Maliyyə naziri Bezalel Smotriç də müharibənin davam etdirilməsini tələb edib: "Əks halda hökumətdə nəinki qalacağıq, onu bütövlükdə istefaya zorlayacağıq".

Maliyyə naziri söyləyib ki, əgər HƏMAS bütün əsirləri salamat geri verərsə, atəşkəsə gedə və yeni şərtlər əsasında danışıqlara başlamaq olar: "HƏMAS yox olmadan İsraildə dinclik olmayacaq"

Lamiyə Əhmədli

MİA.AZ 

Seçilən
81
15
mia.az

10Mənbələr