AZ

Portuqaliyada aviaşouda iki təyyarə toqquşdu, ölən var

Bakı. Trend:

Portuqaliyanın cənubundakı Beja şəhərində aviaşouda ikitəyyarənin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfəryaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CNN Portugal" televiziyakanalı xəbər verib.

Məlumata əsasən, təyyarələr "Yak-52"ni idarə edən portuqal vəispan pilotlardan ibarət "Yakstars" komandasının tərkibindədir:

"Beja Air Show festivalında "Yakstars" hava akrobatikakomandasının iki təyyarəsi uçuş zamanı toqquşub. Bir nəfərin öldüyüvə bir yaralının olduğu bildirilir".

Qeyd edilib ki, təyyarələrdən biri qəzaya uğrayıb, digərini isəhavada tənzimləmək və təhlükəsiz yerə endirmək mümkün olub.

Seçilən
167
19
az.trend.az

10Mənbələr