İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İmtahan 20 şəhər və rayonda təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.