AZ

Qətər, ABŞ və Misir İsrail və "HƏMAS"ı atəşkəsə razılaşmağa çağırıb

Qətər, ABŞ və Misir şənbə günü İsrail və "HƏMAS"ı Qəzza zolağında atəşkəs razılaşması əldə etmək üçün addımlar atmağa çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin saytında dərc olunan üç ölkənin birgə bəyanatında deyilib.

Məlumata əsasən, atəşkəs razılaşması ABŞ prezidenti Co Baydenin bir gün əvvəl təklif etdiyi plana əsaslanır.

"Qətər, ABŞ və Misir birgə HƏMAS və İsraili prezident Baydenin 2024-cü il mayın 31-də qeyd etdiyi prinsipləri təcəssüm etdirən razılaşmanı yekunlaşdırmağa çağırır", - deyə qeyd olnub.

Bildirilib ki, bu prinsiplər bütün tərəflərin tələblərini həm Qəzza zolağının çoxdan əziyyət çəkən xalqına, həm də girovlar və onların ailələrinə dərhal kömək edəcək razılaşmada birləşdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
50
ikisahil.az

10Mənbələr