AZ

Həyat yoldaşı haqda danışdı: "İlk görüşdə mənə dedi ki, sən dəlisən"

“Real”ın baş məşqçisi Karlo Ançelotti həyat yoldaşı haqda danışıb.

Publika.az xəbər verir ki, Ançelotti 2014-cü ildən kanadalı iş qadını Marianne Barrena ilə evlidir. Bu, onun ikinci evliliyidir.

“Bu, ilk baxışdan sevgi idi. Mən onunla Londonda tanış oldum və ilk görəndə dedim: “Məni dəli hesab edəcəksən, amma bil ki, bir gün səninlə evlənəcəyik”. Mənə baxdı və cavab verdi: “Sən dəlisən”.

Ortaq bir dostumuz var idi, ona deyib ki, onunla görüşmək istəyən bir dostu var, italyandır və məşqçidir. O, imtina edib. Amma sonra mən gəldim… Əla vaxt keçirdik, xoş hisslər yarandı.

Seçilən
156
26
publika.az

10Mənbələr