AZ

Cəlilabadda yeniyetmə oğlan suda boğuldu

Cəlilabad rayon sakini suda boğulub.

APA-nın verdiyi məlumata görə, həmin şəxs Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürovdur. 17 yaşlı yeniyetmə kənddə yerləşən su bəndində boğulub.

Qeyd edək ki, yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Seçilən
116
3
big.az

10Mənbələr