AZ

Hepatit nədir və necə yayılır? 10 suala cavabda izah edirik

Bu ilin yanvar ayında Bakının Suraxanı rayonu üzrə hepatit A virusuna yoluxmalar olub. Səhiyyə Nazirliyi bildirib ki, qeydə alınan hallar rayonun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verib.

Qurum ötən ilin sonlarında ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma hallarının qeydə alındığını bildirib.

Hepatit nədir? Hansı növləri var və necə yayılır? Necə qorunmaq olar? Jurnalist Könül Şahin BBC Azərbaycanca üçün bu və digər suallara cavab tapmağa çalışıb.

1. Hepatit nədir?

Hepatit qaraciyərin iltihablanması xəstəliydir. Bu xəstəliyə viruslar, alkoqol qəbulu, müəyyən dərmanlar və ya immun sistem problemləri səbəb ola bilər.

A, B və C virus növləri hepatit xəstəliyin ən çox yayılmış növləridir. Bununla yanaşı , virusun D və E kimi tanınan daha iki növü var, lakin bunlar olduqca nadirdir.

Viruslara yoluxan orqanizm iltihablanır - yəni bədən orqanının qorunma mexanizmi işə düşür.

Hepatit A, adətən, heç bir ciddi problem yaratmadan öz-özünə keçir. Hepatit B və ya C-nin yaratdığı iltihab isə xroniki hala gəlib, qaraciyərin uzunmüddətli zədələnməsinə və qaraciyərdə çapıq toxuması yaradaraq sirroz, qaraciyər çatışmazlığı və qaraciyər xərçənginə səbəb olur.

Sağlam

Şəklin mənbəyi, Getty Images

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
bbc.com

1Mənbələr