AZ

"Dövlətdən uşaqpulu istərdim ki, uşaqları yaxşı böyüdə bilək", -azərbaycanlı valideynlər

Videonu Youtube kanalımızda izləyin.

On iki yaşlı Əminə yay üçün istirahət seçiminin məhdud olduğunu deyir. Yay tətilində daha çox gəzib-görüb-öyrənməyi sevən Əminə bu yay da nə edəcəyini hələ tam dəqiqləşdirə bilmədiyini deyir.

On beş yaşlı Ammar da Azərbaycanda məktəbdən kənar əyləncənin azlığından, olanlarınsa dəyərindən xeyli baha olmasından gileylidir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Rəsmi məlumatlara görə, Azərbaycanda hazırda təxminən 1 miyon 700 min məktəbli var.

Ölkədə 2013-cü ildə "Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi üzərində iş başlasa da, yalnız 7 ildən sonra bu qanun layihəsinin müddəaları uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyada öz əksini tapıb.

Bu Strategiyada əks olunmuş müddalar arasında uşaqların asudə vaxtının təşkili işinin gücləndirilməsi, onların istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri də var.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Günel Nağdəliyeva məktəblilər üçün müxtəlif tədbirlər keçirdiklərini və təkcə bu il seçim yolu ilə azı 5 min məktəblinin bu tədbirlərdən yararlandığını deyir.

Onun sözlərinə görə, tədbirlərə cəlb olunan uşaqların sonradan öz təcrübəsini yaşıdları ilə paylaşacağını gözləyirlər.

Azərbaycan Gənclər və İdman, Elm və Təhsil nazirliklərindən BBC-yə bildiriblər ki, qurumlar uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün ödənişsiz bir çox məşğuliyyət təşkil edir.

Ancaq Təhsil Nazirliyinin ildə 120 minədək məktəblini əhatə edən dərnək və kursları yay aylarında fəaliyyət göstərmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
bbc.com

1Mənbələr