AZ

Lukaşenko Monqolustana gəlsə həbs ediləcək..?

...Monqolustanın keçmiş prezidenti Elbeqdorj Tsaxiaqiyn Monqolustana səfəri zamanı ölkə hakimiyyətini Belarus prezidenti Aleksandr Lukaşenkonu həbs etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə keçmiş Monqolustan lideri X sosial şəbəkəsində yazıb.

...Bildirilir ki, Lukaşenko Ulan-Batora gələcək. Monqolustan Roma Statutunun tərəfdarıdir və Beynəlxalq Cinayət Məhkəməsində hakimi var. İnsanlığa qarşı cinayət törətmiş şəxsin gəlişi gözlənilir. Ümid edirəm ki, bununla bağlı müvafiq tədbirlər görüləcək.

Bunu Tsaxiaqiyn bildirib.

Eks-prezidentin sözlərinə görə, belə bir addımMonqolustana yaxşı reputasiya gətirəcək.

Xatırladaq ki, 2023-cü ilin iyulunda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Avropa İttifaqını Lukaşenkonun həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsindən order almağa çağırıb. Həmin ilin sentyabrında Avropa Parlamenti də eyni çağırışla qətnamə qəbul edib, lakin hələ ki, heç bir order verilməyib.

Ağasəf Babayev

Seçilən
110
1
sia.az

2Mənbələr