AZ

Aprel ayında Türkiyənin D-8-ə üzv ölkələrə ixracı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin aprel ayında Türkiyənin D-8-ə üzv ölkələrə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 7,1 faiz artaraq 665 milyon dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar - aprel ayında, Türkiyənin D-8-ə üzv ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 14,3 faiz artaraq, 3 milyard dollar olub.

“Bu ilin aprel ayında Türkiyənin D-8-ə üzv ölkələrdən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz artaraq 1,2 milyard dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar - aprel aylarında Türkiyənin D-8-ə üzv ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 6 faiz artaraq, 4,6 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48 milyard 371 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 19 milyard 254 milyon dollar, idxalı isə 4 faiz artaraq 29 milyard 117 milyon dollar olub.

“Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 195 milyard 920 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 82 milyard 839 milyon dollara, idxalı isə 9 faiz azalaraq 113 milyard 81 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
165
7
turkic.world

10Mənbələr