Mütəmadi “Bitcoin” proqnozları ilə məşhurlaşan təcrübəli analitik Peter Brandt, “Bitcoin”in bu dəfə qızıla nisbətdə əhəmiyyətli dərəcədə dəyər qazana biləcəyini iddia etdi.

İndex.az xəbər verir ki, Peter Brandtın X sosial media platformasında paylaşdığı təhlilə görə, “Bitcoin” qızıla qarşı yüksəlişini davam etdirəcək.

1 BTC-nin bu müddət ərzində 100 unsiya qızıla çata biləcəyini proqnozlaşdıran Brandt, BTC-nin qızıla qarşı 344% arta biləcəyini proqnozlaşdırır.