AZ

“Erkən uşaqlıq dövrü uşaq inkişafının ən mühüm hissəsidir“ - Aynur Sofiyeva

“Erkən uşaqlıq dövrü uşaq inkişafının ən mühüm hissəsidir. Hansı ki, buna kapital qoyulmalıdır ki, gələcəkdə öz nəticəsini göstərsin. Bu səbəbdən də biz dövlət komitəsi olaraq bu məsələyə xüsusi önəm veririk”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, sözügedən məsələ üzrə koordinasiyalı işin mühüm əhəmiyyəti var: “Xüsusilə aidiyyatı dövlət qurumlarının erkən uşaqlıq dövründə uşaqların inkişafı ilə bağlı birgə fəaliyyətinin təmin olunması çox vacibdir. Həmçinin bu sahədə olan mütəxəssislərin bacarıqlarının artırılması da diqqət ayrılması lazım olan məsələdir. Komitənin erkən uşaqlıq dövrü ilə bağlı portalı da var. Bu layihə çərçivəsində valideynlərin maariflənməsini təmin edirik. Həmçinin bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərə də dəstək göstəririk”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
sia.az

1Mənbələr