AZ

Məmməd Musayev: "Aqrar sahənin maliyyəyə çıxış imkanları mexanizmləri və şərtlərində islahatlar aparılmalıdır"

Azərbaycan iqtisadiyyatına ayrılan kreditlərin 1,6 %-i kənd təsərrüfatına yönəldilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış konfransında deyib.

"Bu isə aqrar potensialın böyük olduğu Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyəyə çıxış imkanları mexanizmləri və şərtlərində müəyyən islahatların aparılmasının zərurətini göstərir", - deyə M. Musayev bildirib.

Onun sözlərinə görə, bugün aqrar sektorun sığortası sistemi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar İnkişaf Fondu kimi güzəştli dövlət maliyyə mənbələri fəaliyyət göstərir və bu da öz növbəsində aqrar sahədə çalışan sahibkarların daha yaxşı şərtlərlə kredit almasına imkan yaradır: "Hesab edirik ki, girov mexanizmi ilə bağlı təkmilləşmələr də gələcəkdə inkişafa dəstək olacaq".

2024-cü il mayın 1-nə olan məlumatına görə, bankların ümumi kredit portfelinin həcmi 25 milyard manat təşkil edib. Biznes kreditlərin (13,5 milyard manat) 7,7 milyard manatı iri sahibkarlığa, 1,6 milyard manatı orta sahibkarlığa, 1,4 milyard manatı kiçik sahibkarlığa, 2,8 milyard manatı isə mikro sahibkarlığa verilib.

ASK prezidenti qeyd edib ki, ötən bir ildə mikro sahibkarlığa verilən kreditlərin həcmi 700 milyon manatadək artıb:"Kənd təsərrüfatına verilən kreditlərin ümumi həcmi isə 471,3 milyon manat təşkil edir. Bu kreditlərin 427 milyon manatı banklar, 44,7 milyon manatı isə bank olmayan kredit təşkilatları tərəfindən verilib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
report.az

1Mənbələr