AZ

Rusiya və Belarus birgə taktiki uçuş təlimləri keçirir

Rusiya Aerokosmik Qüvvələrinin təyyarə heyətləri Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri ilə birgə təlimdə iştirak edir.

"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Su-30SM” çoxməqsədli döyüş təyyarələrinin, “Su-24” taktiki bombardmançı təyyarələrinin və “Mi-24” və “Mi-8” hərbi helikopterlərinin ekipajları Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin şəxsi heyəti ilə birgə taktiki uçuş təlimində iştirak edirlər.

Ortaq təlimlər mayın 27-31-də Belarus ərazisində keçirilir.

Seçilən
141
50
cebheinfo.az

10Mənbələr