AZ

Sədərəkdə "Heydər Bulağı"nın açılışı oldu - FOTO

Mayın 30-da Sədərək Rayon Heydərabad qəsəbəsində Ümummilli lider Heydər Əliyevin adına olan "Heydər Bulağı"nın yenidən bərpadan sonra açılışı olmuşdur.
 
Tədbir iştirakçıları öncə Ulu Öndərin Heydərabad qəsəbəsindəki büstünü ziyarət edərək ehtiramlarını bildirmişlər. Sonra yenidən qurulmuş “Heydər Bulağı”nda tədbir davam etmişdir. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
 
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə dünya şöhrətli dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə danışaraq demişdir ki, azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında fenomen tarixi şəxsiyyət olan Ulu Öndərin rolu əvəzsizdir. Bu gün Azərbaycanımız əsl inkişaf yolundadır. Biz sabahımıza, gələcəyimizə Ümummilli liderin siyasi kursunun ən layiqli davamçısı, ürəkdən inanıb etibar etdiyimiz ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf edirik. Heydər Əliyevin uzaqgörənliklə söylədiyi kimi, dahi rəhbərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri indi İlham Əliyev həyata keçirir. Müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq dinamik inkişaf yoluna çıxarmasında müstəsna xidmətlərindən danışıb, bulağın yenidən bərpa olunmasında əməyi keçənlərə təşəkkürünü bildirmişdir.
 
Daha sonra “Sədərək” Cəmiyyətinin sədri Ənvər Qədimbəyli, Yeni Azərbaycan Partiyası Sədərək rayon təkilatının sədri Arif Qasimov, Ali Məclisin deputatı Vusalə Əliyeva da Ulu Öndərin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının gətirdiyi uğurlardan bəhs edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişlər.
 
Sonda məktəblilərin Ulu Öndər Heydər Əliyev haqqında şeirləri dinlənilib, bulağın açılışı edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
referans.az

1Mənbələr