AZ

Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları” adlı süjetdə Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə dilə gətirdiyi və siyasi xətt olaraq seçdiyi “Tarixi Ermənistan real Ermənistan üçün təhlükədir” tezisinə yer verilib.

Bildirilib ki, Paşinyan “real Ermənistan”, yəni qondarma miflərin və ərazi iddialarının olmadığı bir ölkə qurmaq niyyətindədir:

“Əslində erməni baş nazir ölkəsinin gələcək mövcudluğunun bundan asılı olduğunu anlayır və erməniləri ağıllandırmaq istəyir. Çünki Qərbi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət quran erməni millətçilər saxta tarix üzərindən “böyük Ermənistan” ideologiyası yaradıb və bu gün bütün qonşu ölkələrin həm tarixinə, həm də ərazisinə göz dikib”.

Qeyd olunub ki, ermənilər təkcə bizə qarşı yox, həm Gürcüstana, həm də İrana qarşı da eyni iddiaları irəli sürürlər:

“Ermənilər Gürcüstanda “svan və meqrel” kartını da daim əllərində rıçaq olaraq saxlayıb, hətta etnik separatizmi körükləmək cəhdləri də ediblər. Qondarma “Sameqrelo respublikası” iddiasına ən çox dəstək verən də erməni diasporu və millətçiləri olub”.

Vurğulanıb ki, bu gün Ermənistanda keşiş Baqrat Qalstyanın rəhbərliyi ilə etiraz hərəkatının başlaması, Paşinyana qarşı aparılan anti-təbliğat məhz Qərbi Azərbaycan məsələsi üzərində qurulur. Belə ki, Fransadakı erməni diasporunun əsas rəhbərlərindən olan daşnak Murad Papazyan iddia edib ki, Qazaxın dörd kəndinin qaytarılması Zəngəzurun, Geqrnukin və İrəvanın qaytarılması, nəhayət Ermənistanın Qərbi Azərbaycana çevrilməsidir. ABŞ-də “Ay Data” erməni milli komitəsinin mətbuat katibi Elizabet Çuljiyan da iddia edib ki, Azərbaycanın növbəti hədəfi Zəngəzur və Göyçə mahalıdır. O, bunun qarşısını almaq üçün Paşinyanı devirməyə çağırış edib. Aydındır ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması hüququ Ermənistan daxili siyasətində mübarizə elementinə çevrilib. Lakin Ermənistan hakimiyyətinin erməni miflərini dağıtmaq istiqamətində inamlı addımları Paşinyanın hələ də güclü tərəf olduğunu təsdiq edir”.

Sonda vurğulanıb ki, Ermənistan 1918-ci ildə Azərbaycan torpaqları hesabına yaradılıb və həmin vaxt ərazisi cəmi 10 min kvadratkilometr olub:

“SSRİ dövründə Zəngəzur, Göyçə kimi tarixi torpaqlarımız Ermənistana birləşdirilib. Ona görə də Azərbaycan məhz 1920-ci illərin xəritələrini aktuallaşdıra, real Ermənistanın 1918-ci ildəki ərazilərdə mövcudluğunu irəli sürə və sovetlər dövründə ermənilərə verilən Qərbi Azərbaycan torpaqlarını tələb edə bilər. Bu halda azərbaycanlıların evlərinə qayıdışını Azərbaycan dövləti özü həll edəcək. Yaxud Ermənistan soydaşlarımızın yurdlarına qayıdışını təhlükəsiz şəraitdə təmin edə, bununla da dövlət kimi ən azı mövcudluğunu qoruya bilər. Əks təqdirdə, “real Ermənistan”ın ərazisi 10 min kvaratkilometrə qədər azala bilər”.

Seçilən
343
11
medianews.az

10Mənbələr