AZ

Neftçalada Heydər Əliyevlə bağlı konfrans keçirildi - Fotolar

Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan təbiətinin mühafizəsində Ulu Öndər Heydər Əliyevin rolu” və “Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və “Yaşıl texnologiyaların tətbiqi” mövzularında elmi-praktiki konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Şuranın üzvü, BDU-nin müəllimi Kənan Kərimli, AzərbaycanEnergetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdulrəhmanov, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Elmi-praktiki konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, ruhunu ehtiramla yad ediblər və Ulu Öndərin Heydər Əliyevin həyatını əks etdirən rəsm sərgisinə baxış keçiriblər.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə  2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib:

“Həmrəyliyə çağırış bir daha yaşadığımız mühitə qarşı diqqətli olmağa səsləyir, təbiətin qorunmasının vacibliyini yada salır, eyni zamanda məsuliyyətini qarşıya qoyur. Ətraf mühitin qorunması hər bir insanın fəaliyyətində vacib amil olaraq yer almalıdır. Bütün sərvətini insanlara bəxş edən, dünyaya tarazlıq, insanlara şəfa gətirən təbiətə qarşı insanların da qayğı, diqqət göstərməsi, bu ruhda yanaşması, birləşməsi günümüzün tələbidir. Təbiətə münasibət - insanlığa münasibət olaraq hər kəsi düşündürməlidir” . 

Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi, neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqəti, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, ölkədə milyonlarla ağac əkilməsi, yeni park və xiyabanlar salınması bu sahədə ardıcıl işlərin aparılmasının təzahürü olmasını RİH-in başçısı konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Elmi-praktiki konfransda çıxış edənlər bildirib ki, Ümummilli Liderin bütün sahələrdə, o cümlədən ekologiya sahəsində siyasətinin layiqli davamçısı olan, Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyinə daim xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onun uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirir.

Elmi- praktiki konfransın sonunda xatirə şəkli çəkilib.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
4
qafqazinfo.az

7Mənbələr