AZ

Ağstafada müşavirə keçirildi - FOTOLAR

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağstafa rayonunda su ehtiyatlarından səmərəli istifadənin təmin olunması və alternativ su mənbələrinin yaradılmasına dair müşavirə keçirilib

"Unikal" xəbər verir ki, müşavirə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Seymur Orucovun sədrliyi iləAğstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilib.

Müşavirədə Ağstafa RİH başçısı aparatının, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, eləcə dərayonun su təsərrüfatı sahəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində görülən mühüm işlərdən, son illərdə bununla bağlı reallaşdırılan irimiqyaslı layihələrdən bəhs edərək diqqətə çatdırıb ki, Ağstafa rayonunun su mənbələri göl, çay və yeraltı su mənbələrindən ibarətdir. Odur ki, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlərinaparılması davam etdirilməlidir. 

Müşavirədə çıxış edən natiqlər – Ağstafaçay Hidroqovşağı İstismar İdarəsinin rəisi Rövşən Lətifov, Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi Qabil Məmmədov, 8 nömrəli Regional Su kanal İdarəsi Ağstafa Su Kanal sahəsinin rəisi Fərid Eyyubov,2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul əməkdaşı Yaşar Mustafayev “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusundageniş məruzələrediblər. 

Tədbirdə Ağstafa rayonunda alternativ su mənbələrinin yaradılmasına dair geniş müzakirələr aparılıb, məsul şəxslərin əlavə təklifləri və fikirləri öyrənilib, bir sıra mühüm məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər müəyyən olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
49
unikal.az

10Mənbələr