Görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu"nun icra vəziyyəti müzakirə olunub.
Bununla yanaşı, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair "Yol Xəritəsi" çərçivəsində kommunikasiya sahəsinə məsul struktur bölmələrin fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı birgə təcrübə mübadiləsinin aparılması, hədəf və tədbirlərin müəyyən edilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin zəruriliyi vurğulanıb.
Görüş çərçivəsində media savadlılığının artırılmasında maraqlı olan dövlət orqan və qurumları, elm-təhsil müəssisələri arasında əlaqələrin formalaşdırılması, eyni zamanda media müstəvisində informasiya hücumlarına qarşı effektiv mübarizə metodlarının tətbiqinə həsr olunmuş dəyirmi masaların keçirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.