AZ

“Sizin Sığorta Brokeri” bazara qaytarılıb

Azərbaycan Mərkəzi Bankı 6 fiziki şəxsə sığorta agenti və 1 hüquqi şəxsə ("Sizin Sığorta Brokeri"  sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Bu barədə tənzimləyici qurumun internet səhifəsində bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı qərar mayın 27-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

“Sizin Sığorta Brokeri” apreldə bazardan kənarlaşdırılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
9
turan.az

10Mənbələr