AZ

Çin xəbərdarlıq etdi: "Bu, müharibə demək olacaq"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rəsmi Pekin Tayvan adasının müstəqilliyinin müharibə demək olacağını bəyan edib.

Çinin Müdafiə Nazirliyinin rəsmi rəmsilçisi U Çzyan Tayvanın Çin Xalq Respublikasından ayrılmasının Tayvan boğazında hərbi münaqişə demək olacağını bəyan edib. O, Layy Çindenin Tayvan administrasiyasının başçısı vəzifəsinə gəlməsi xəbərinə şərh verərkən deyib: "Vətənin birləşməsi - dayandırılması mümkün olmayan tarixi prosesdir. Tayvanın müstəqilliyi - müharibə, ikitirəlik, sülhün aradan qalxması deməkdir".

Yanvarın 13-də adada administrasiya rəhbəri ilə parlamentə deputatların seçkisi keçirilib. Adanın administrasiyasının başçısının müavini vəzifəsini icra edən 64 yaşlı Lay Çinde səslərin 40,05 faizini toplayaraq qələbə çalıb. Onun vəzifəni təhvil alması mərasimi mayın 20-də keçirilib.

Hürr Tərcüman

Seçilən
76
36
hurriyyet.az

10Mənbələr