Ukrayna 2022-ci ildən bəri olunan xarici yardımın həcmini hesablayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Ukrayna 2022-ci ildən bəri 85 milyard dollardan çox xarici maliyyə yardımı alıb.
Bildirilib ki, 2024-cü ilin beş ayında Ukrayna 11,8 milyard dollar xarici maliyyə vəsaiti alıb.
Bu dövrdə Kiyevə ən böyük yardımları Avropa İttifaqı, Yaponiya, Kanada və Beynəlxalq Valyuta Fondu edib.
Mina Mikayılova