AZ

DÖVLƏT KOMİTƏSİ ERKƏN UŞAQLIQ DÖVRÜNDƏ İNKİŞAFLA BAĞLI ÜÇGÜNLÜK TƏLİMLƏR KEÇİRİR

Mayın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 yaşa qədər uşaqlarla işləyən mütəxəssislər üçün erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimləri davam etdirib.

Xəbər verdiyimiz kimi, təlimin məqsədi erkən uşaqlıq dövründə fiziki, əqli və sosial inkişafda əhəmiyyətli rol oynayan mütəxəssislərin peşəkarlığının artırılmasıdır.

Türkiyədən dəvət olunmuş mütəxəssislər üç istiqamət üzrə “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında təlimlərə başlayıblar.

Qeyd edək ki, həkim, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq, psixiatr və digər uşaq mütəxəssislərinin iştirak etdikləri təlimlərə mayın 31-də, saat 09:30-da  “JW Marriott Absheron Baku” otelinin Şərq zalında keçiriləcək “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfransla yekun vurulacaq.

Konfrans “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinə müvafiq olaraq, uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi, erkən uşaqlıq dövründə uşaqların düzgün inkişafı ilə bağlı məlumatlılığının artırılması, müvafiq qurumların arasında koordinasiyanı təmin etmək məqsədini daşıyır.

Konfransın gedişatında tədbir iştirakçıları ilə fəal müzakirələr aparılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Tədbir zamanı konfrans iştirakşıları üçün 3 təlim gününün nəticələrini özündə əks etdirən video-çarx, erkən uşaqlıq dövrünün inkişafı haqqında (EUDİ) portalının təqdimatı və bədii hissə nümayiş edilləcək.

Qeyd edək ki, konfransdan öncə Dövlət Komitəsi tərəfindən 28, 29 və 30 may tarixlərində Türkiyə Spastik Uşaqlar Vəqfinin rəhbəri, Metin Sabancı Xüsusi Təhsil və Reabilitasiya Mərkəzinin müdiri, fizioterapevt Turqay Arık, Türkiyə Spastik Uşaqlar Vəqfinin əməkdaşları, uşaq inkişafı mütəxəssisi Nazan Özen, özəl təhsil mütəxəssisi Mehmet Ala və fizioterapevt-mütəxəssis Özge Karanlıkın iştirakı ilə respublikamızda təhsil, səhiyyə və sosial sahələrdə uşaqlara xidmət göstərən mütəxəssislər üçün “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı” və “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafi” mövzularında təlimlər təşkil edilib.

RÖVŞANƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
tezadlar.az

1Mənbələr